Ucar rayonu haqqında - ATİA.AZ-ın müxbiri Elfaq Əliyevin dediklərindən...

 Ucar Azərbaycanın Aran bölgəsində yerləşən rayonlarından biridir.  Ucar rayonu 24 yanvar 1939-cu ildə təşkil olunmuşdur. 

    Ucar rayonunun ərazisi keçmişdə Şirvan bəylərbəyliyinin, sonralar Şamaxı xanlığının, daha sonra 1840-cı ilin 10 aprelində inzibati islahata əsasən Kaspi vilayətinin, 1846-cı ildə isə Şamaxı quberniyasının tərkibində olmuşdur. 1859-cu ildə Şamaxı zəlzələ nəticəsində dağılandan sonra quberniyanin mərkəzi Bakıya köçürülmüşdür. 1867-ci ilin dekabrında Bakı quberniyasının tərkibində Göyçay qəzası yaradılmışdır. Bu zaman Ucar rayonu Göyçay qəzasının tərkibində olmuşdur. 1930-cu ildə qəza bölgüsü ləgv edilmiş və rayon inzibati ərazi bölgüsünə keçilmiş, Ucar rayonu Göyçay rayonunun tərkibində saxlanılmışdır. 1939-cu il yanvar ayının 14-də Ucar Göyçay rayonunun tərkibindən ayrılaraq müstəqil rayon kimi təşkil olunmuşdur.


      Ucar deyəndə orada anadan olmuş və yaşamış tanınmış elm, ədəbiyyat və incəsənət xadimləri olan  Həbibi: 15-16-cı əsrlərdə yaşamış böyük Azərbaycan şairi,  aşıq Əhliman: tanınmış Azərbaycan aşığı,  Məlikballı Qurban: el aşığı, ustad sənətkar, Ağalar Bayramov: aktyor, qiraətçi ,Ziya Məmmədov: dövlət xadimi, sabiq nəqliyyat naziri və sairə başqa görkəmli şəxslərin adları böyük fəxarətlə çəkilir.

     Tanınmış şair Rayət Əlinin  Ucara olan sevgisindən yaranan "Ucarin" rədifli Ucar haqqında yazdığı dastan məhz həmin görkəmli şəxslərə həsr olunmuşdur.

 

A dostlar, söyləyim siz qulaq asın,

Gör kimlərdi iftixarı Ucarın,

Əvvəl-əvvəl Həbibidən söz açım,

Ustad şair sənətkarı Ucarın.


Sazı, söhbətiylə elə səs salan,

El gözündə ucaldıqca ucalan,

Məlikballı Qurban, aşıq Əhliman,

Söz sərrafı, aşıqları Ucarın.


Şəmsəddin, Zemfira, Ağarəhimi,

Neçə elmlərin oldu qənimi,

Nəriman dəryadır, bir də Kərimi,

Alimləri, xiridarı Ucarın.


Kim tanımır ki, Məmmədov Ziyanı,

Novruzəli heç vermədi amanı,

Söz söyləyib, rola girən zamanı,

Haray çəkdi Ağaları Ucarın.


Yada salaq Ehtiramı, onları,

Şəhidlər qanıyla yazılanları,

Yetirdi nə qədər qəhrəmanları,

Vətən üçün fədakarı Ucarın.


Şərəf, ismət olmu. nişan örpəyi,

Namus, qeyrət yaşam tərzi, gərəyi,

Halaldan kəsb edər, kəsər çörəyi,

Dost ülfəti, düz ilqarı Ucarın.


Rayətin Vətənsiz söylə nə halı,

Ellər gülsə nə gözəldir əhvalı,

Haqq, ədalət  mərhəmətin timsalı,

Elbrustək oğulları Ucarın.



Elfaq Əliyev, ATİA.AZ 


Tarix: Bu gün, 20:08 Oxunub: 54


Bölməyə aid digər xəbərlər