Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə

     2026-cı il iyulun 1-də Avropa Komissiyasının  Prezidenti   Ursula  Fon der  Lyayenin  Azərbaycana növbəti işgüzar səfəri Bakı ilə Brüssel arasında münasibətlərin inkişafında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə diplomatik təmasların davamı deyil, həm də son illərdə formalaşmış strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən çox mühüm bir amildir.

     Azərbaycan uzun illərdir ki, Avropanın etibarlı bir tərəfdaşı kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində ölkəmizin rolu son dövrlərdə daha da artmışdır. Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasətində də Azərbaycanın xüsusi yeri vardır. Məhz bu baxımdan Cənub Qaz Dəhlizi layihəsi təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyan beynəlxalq bir layihə kimi özünü təsdiqləmişdir.                                    Ursula Fon der Lyayenin əvvəlki illərdə olduğu kimi, bu dəfə də Azərbaycana səfəri zamanı enerji əməkdaşlığının genişləndirilməsi, nəqliyyat  əlaqələrinin inkişafı və  regional sabitlik  məsələlərinin diqqət  mərkəzində olması  təsadüfi deyildir. 

     Son illərdə Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmət və faydalı əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas tərəfdaşlardan biri olmaqla yanaşı, Şərqlə Qərbi birləşdirən mühüm nəqliyyat və logistika qovşağı kimi də öz mövqeyini gündən- günə gücləndirir. Orta Dəhlizin inkişafı, regionda nəqliyyat bağlantılarının genişləndirilməsi və yeni iqtisadi imkanların yaradılması hər iki tərəfin maraqlarına cavab verir. Ursula Fon der Lyayenin Bakıdakı görüşlərində də regional əlaqələr və iqtisadi əməkdaşlıq məsələlərinin xüsusi yer tutması bunu bir daha təsdiqləyir. 

     Azərbaycanın xarici siyasətinin ən əsas xüsusiyyətlərindən biri balanslaşdırılmış və çoxşaxəli əməkdaşlıq modelidir. Ölkəmiz həm Avropa İttifaqı, həm də digər beynəlxalq tərəfdaşlarla həmişə qarşılıqlı faydalı münasibətlər qurmağa çalışır. Bu uğurlu siyasət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, regionda sabitlik və əməkdaşlıq mühitinin formalaşmasına da çox mühüm töhfə verir. 

     Ursula Fon der Lyayenin ölkəmizə səfəri həm də Avropa İttifaqının bilavasitə, Cənubi Qafqaza artan marağının göstəricisi hesab oluna bilər. Eyni zamanda regionda sülhün möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və yeni əməkdaşlıq platformalarının yaradılması istiqamətində aparılan müzakirələr gələcək üçün mühüm perspektivlər açır. Avropa İttifaqının regionda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafına dəstək vermək niyyəti də məhz bu marağın praktiki ifadəsidir. 

     Bu gün Azərbaycan beynəlxalq aləmdə yalnız enerji ixrac edən bir ölkə kimi deyil, həm də etibarlı siyasi tərəfdaş, regional əməkdaşlığa töhfə verən və beynəlxalq layihələrin fəal iştirakçısı kimi qəbul olunur. Avropa Komissiyası Prezidentinin Bakıya səfəri də məhz bu reallığın beynəlxalq aləmdə yüksək  səviyyədə qəbul edildiyini nümayiş etdirir. 

     Böyük əminliklə demək olar ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin gələcək inkişafı üçün geniş imkanlar mövcuddur. Enerji təhlükəsizliyi, yaşıl enerji, nəqliyyat-kommunikasiya layihələri, rəqəmsal transformasiya və iqtisadi əməkdaşlıq kimi istiqamətlər qarşıdakı illərdə tərəflər arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. Azərbaycanınetibarlı tərəfdaş kimi qazandığı nüfuz  isə bu prosesin əsas  təminatçılarından  biri  olaraq  qalacaqdır. 

     Beləliklə, Ursula Fon der Lyayenin ölkəmizə səfəri Azərbaycan-Avropa  İttifaqı  münasibətlərinin   yüksələn   xətt  üzrə  inkişaf etdiyini  göstərən mühüm  siyasi  hadisə olmaqla  yanaşı, tərəflər arasında strateji əməkdaşlığın daha da genişlənəcəyindən xəbər verir. 

 

Çingiz Məmmədov
YAP Qazax rayon təşkilatının əməkdaşı 


Tarix: Bu gün, 08:40 Oxunub: 22


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031