Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin diplomatik səviyyəsi ilə yanaşı həm də strateji tərəfdaşlıq və çoxölçülü əməkdaşlıq kontekstində yeni mərhələyə yüksəldiyini göstərir. Prezident İlham Əliyevin səfəri çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlər və müzakirələr Azərbaycan–BƏƏ əməkdaşlığında təhlükəsizlik, iqtisadiyyat və enerji sahələrinin prioritetliyini bir daha təsdiqlədi. Xüsusilə yaşıl enerji sahəsində həyata keçirilən layihələr Prezident İlham Əliyevin rəhbərliyi və diplomatik bacarığı sayəsində strateji əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi və iqlim imkanları günəş və külək enerjisi üçün əlverişli şərait yaradır və Prezident İlham Əliyevin təşəbbüsü ilə BƏƏ-nin “Masdar” şirkəti ilə birgə 230 MVt gücündə günəş elektrik stansiyası, 1 QVt gücündə günəş və külək enerjisi layihələri və 2 QVt gücündə dəniz külək və yaşıl hidrogen layihələri həyata keçirilib. Bu layihələr yalnız enerji istehsalını artırmaqla kifayətlənmir, həm də texnoloji transfer, yerli kadrların hazırlanması və innovativ texnologiyaların ölkəyə gətirilməsi imkanlarını təmin edir, Azərbaycanın enerji təhlükəsizliyini və yaşıl enerji ixracını gücləndirir. Eyni zamanda, Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıq da yeni mərhələyə qədəm qoyub; “Sülh Qalxanı–2026” birgə əməliyyat-taktiki təlimləri hər iki ölkənin silahlı qüvvələrinin peşəkarlığını artırmaqla yanaşı, regionda təhlükəsizlik körpüsünün qurulmasına xidmət edir. Təlimlərdə yaşayış məntəqələrində, dağlıq ərazilərdə və dəniz mühitində terrorçuların neytrallaşdırılması, girovların azad edilməsi və hibrid təhdidlərin aradan qaldırılması üzrə tapşırıqlar icra olunub, Prezident İlham Əliyevin birbaşa rəhbərliyi və yüksək səviyyədə müşahidəsi ilə bu əməkdaşlıq həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın təhlükəsizlik istehsal edən dövlət olduğunu nümayiş etdirib. Eyni zamanda, iqtisadi və geoiqtisadi sahədə Azərbaycan–BƏƏ əməkdaşlığı genişlənir; BƏƏ kapitalı turizm, logistika, daşınmaz əmlak, kənd təsərrüfatı və bərpaolunan enerji sahələrində uzunmüddətli investisiyalar həyata keçirir, Hökumətlərarası Komissiyanın fəaliyyəti və Biznes Şurası iki ölkə arasında qarşılıqlı investisiyaların təşviqinə imkan yaradır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan danışıqlar və imzalanan müqavilələr enerji, investisiya, yaşıl enerji, nəqliyyat, təhsil və elm sahələrində əməkdaşlığın strateji səviyyəsini müəyyənləşdirir. Dövlət başçısının səfəri zamanı işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə BƏƏ şirkətlərinin cəlb olunması, COP28 və COP29 platformalarında Azərbaycan-BƏƏ əməkdaşlığının genişlənməsi Prezident İlham Əliyevin şəxsi təşəbbüsü və diplomatik xidmətlərinin bariz göstəricisidir. Bu mükəmməl strateji əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi ilə yalnız iqtisadi və texnoloji sahələrdə deyil, həm də regional sabitliyin təminatında, qarşılıqlı etimadın möhkəmlənməsində, ekoloji dayanıqlılığın gücləndirilməsində və Azərbaycanın beynəlxalq nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Nəticə etibarilə, Azərbaycan–BƏƏ münasibətləri artıq təkcə diplomatik tərəfdaşlıq deyil, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşmış strateji müttəfiqlik və yaşıl enerji əməkdaşlığı modeli kimi regionda nümunə təşkil edir və gələcəkdə hər iki ölkənin vətəndaşlarının rifahına, davamlı inkişafına və regional sabitliyə mühüm töhfə verəcək.
Elçin İsgəndərzadə,
Texnika elmləri doktoru, Professor
Bölməyə aid digər xəbərlər
















