11:31 / 15-07-2026
Anar Nəbiyev: "Şuşa əməkdaşlıq məkanına çevrilib"
15:11 / 14-07-2026
Qazaxda Ümummilli Lider Heydər Əliyevin 14 iyul 1969-cu il tarixdə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gün münasibətilə tədbir keçirilib
08:40 / 08-07-2026
Çingiz Məmmədov: Qarşılıqlı faydalı münasibətlə
21:59 / 07-07-2026
"Qazaxda qonağa hörmət, sənətə məhəbbət və Vətən sevgisi hər zaman uca tutulur" - Rauf İlyasoğlu
10:53 / 07-07-2026
Anar Nəbiyev: "Azərbaycan-Avropa İttifaqı: əlaqələrin yeni mərhələsi"
18:06 / 06-07-2026
Qazaxın Çaylı kəndində ədəbi bayram: Şair Rafayıl Qurbanoğlunun ikinci kitabı işıq üzü gördü
11:38 / 01-07-2026
Azərbaycan Mədəniyyət Səfirləri" Assosiasiyası təsis olunub
10:12 / 25-06-2026
Anar Nəbiyev: "Biz elə bir güclü ordu yaratmışıq ki…"
14:34 / 24-06-2026
Anar Nəbiyev: "Əməkdaşlıqda yeni səhifə açıldı"
12:05 / 24-06-2026
Peyman Sadıqov Nigar Fərhadın qurucusu olduğu AID GROUP-dan ayrıldı
11:59 / 24-06-2026
Ramil Qurbanov: Dostluq və qardaşlıq nümunəsi
08:39 / 24-06-2026
Paşa Hadıyev: "Müdrik xalqımızın qürur mənbəyi"
22:13 / 21-06-2026
ELÇİN MANSUROVUN da müəllifi olduğu QIDALANMA VƏ ONKOLOGİYAYA DAİR KİTAB həm də elmi mənbədir
20:29 / 21-06-2026
Bakıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində yekun tədbir keçirilib
09:01 / 21-06-2026
Habil Cavadovun sənət bağçasından bir neçə yarpaq...
17:47 / 20-06-2026
"Sağlamlıq yalnız xəstəliyin müalicəsi ilə deyil, həm də qorunması və dəstəklənməsi ilə mümkün olur" - həkim Həsən Məmmədov
09:04 / 19-06-2026
Şamaxıda “Vətənimdir Azərbaycan!” layihəsi çərçivəsində milli geyimlərin sərgisi və konsert proqramı keçirilib
00:44 / 14-06-2026
Təcrübəli mütəxəssislər kursantlarla bilik və təcrübələrini bölüşüblər
13:31 / 12-06-2026
Mehman Ballayev: Qardaşlığı, həmrəyliyi və strateji tərəfdaşlığı əks etdirən tarixi sənəd
11:49 / 12-06-2026
Anar Nəbiyev: "Müttəfiqlik münasibətləri bütün sahələri əhatə edir"
19:08 / 11-06-2026
Qazaxda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
10:56 / 11-06-2026
Anar Nəbiyev: "Qurtuluş tarixi"
13:47 / 10-06-2026
Nicat Göşşüyev: Şanlı dövlətçilik tarixində dönüş nöqtəsi
09:44 / 05-06-2026
Rəna Bayramova: Azərbaycan yaşıl enerji keçidinin ön sıralarındadır
16:37 / 04-06-2026
Sabirabadda “Vətənimdir Azərbaycan!” layihəsinin ilk tədbiri keçirilib
11:12 / 03-06-2026
Anar Nəbiyev: "Təbii sərvətlərdən düzgün istifadə üstünlüklərə yol açır"
21:20 / 01-06-2026
Meydandakı qadın faktoru - S T E F A N İ: - yenə sevgidən nifrətə....
15:58 / 01-06-2026
Bəhruz Niftəliyev - "Qarabağda doğulan azadlıq şəfəqləri Qərbi Azərbaycana da düşəcək"
14:37 / 01-06-2026
Paşa Hadıyev: "Aqrar sahədə böyük addımlar atılıb"
10:22 / 01-06-2026
Anar Nəbiyev: "Bizim dünya miqyasında çox müsbət imicimiz var"
12:14 / 26-05-2026
Asəf Salmanov: "Demokratik dövlət nümunəsi"
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür.
Bölməyə aid digər xəbərlər
12 aprel Ümumdünya Aviasiya və Kosmonavtika Günüdür. 1961-ci ilin aprelin 12-də SSRİ vətəndaşı Yuri Qaqarin bəşər tarixində ilk dəfə kosmosa uçub.
Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Bununla da Yuri Qaqarin kosmosun fəthi erasının əsasını qoyub.
Kosmosun ilk dəfə fəth edilməsində SSRİ-nin adını dünyada birinciliyə gətirən Qaqarin haqqında çoxsaylı kitablar yazılıb, minlərlə məqalələr dərc olunub, filmlər çəkilib, onun adı SSRİ tarixinə ilk kosmonavt kimi həkk olunub.
Diqqət çəkən məqamlardan biri odur ki, kosmonavtika sahəsində daha yüksək göstəricilər əldə edən digər kosmonavtlar Qaqarin qədər məhşurlaşmayıblar, şöhrət qazanmayıblar.
Burada səbəb Qaqarinin SSRİ-nin ilk kosmanavtı olmasıdırsa, gərək heç olmasa SSRİ-nin sonuncu kosmonavtı da Qaqarinin adı qədər məşhurlaşaydı. Yəqin ki, bu məslədə də SSRİ-dəki ictimai-siyasi vəziyyət böyük rol oynayıb.
Əslində SSRİ-nin sonuncu kosmonavtı Sergey Krikalyovun sovet kosmonavtikasında, onun inkişafında xidmətləri Qaqarinin xidmətlərindən qat-qat çox olub.
Eyni zamanda Krikalyovun əldə etdiyi göstəricilər, uzun illər kosmosda ən çox qalma rekordunu saxlaması dünya kosmonavtika tarixində xüsusi yer tutub.
Ən maraqlı məqam isə odur ki, Krikalyov kosmosa SSRİ-dən uçub, qayıdanda Rusiyaya eniş edib. O, dünya kosmonavtika tarixində yeganə kosmonavt olub ki, onun kosmosda olduğunu yerdə “unudublar”.
Sergey Krikalyov 1958-ci ildə Leninqradda hərbçi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra Leninqrad Mexanika İnstitutunda ali təhsil alıb.
O, tələbə olduğu illərdə eyni zamanda Moskvadakı Uçuş-sınaq Mərkəzində üç il təlimlərdə iştirak edib. Ali təhsilini başa vurduqdan sonra Krikalyov bir müddət Korolyov adına Kosmik Raketlər Korporasiyasında sınaqçı pilot kimi xidmət edib.
Krikalyov 1988-ci ilin yanvar ayında Kosmonavtlar Dəstəsinə qəbul olunaraq kosmosa ilk uçuşuna hazırlaşıb.
On aylıq təlim və məşqlərdən sonra 26 noyabr 1988-ci ildə o, “Soyuz TM-7” kosmik gəmisi ilə ilk uçuşunu həyata keçirib. Krikalyov bu uşuç zamanı 151 sutka 11 saat kosmosda, “Mir” stansiyasında qalıb.
24 aprel 1989-cu ildə yerə uğurla eniş edən kosmonavt bir aylıq məzuniyyətdən sonra ikinci uçuşuna hazırlığa başlayıb.
15 may 1991-ci ildə Krikalyov “Soyuz TM-12” kosmik gəmisi ilə növbəti dəfə kosmosa uçub. Bu uçuş kosmosdakı “Mir” stansiyasında 4 ay ərzində tapşırıqların yerinə yetirilməsindən ibarət olub.
Krikalyov stansiyaya çatdıqdan sonra orada olan digər üç kosmonavt onun gəmisi ilə yerə qayıdıblar. Avqust ayına qədər Krikalyov “Mir” stansityasında bütün tapşırıqları icra edib və qayıtmaq üçün kosmik gəmini gözləyib.
Amma yerdəki hadisələr, avqust hadisələri, SSRİ-nin süquta aparan olaylar göylərə də təsir edib. “Mir” stansiyasında qalan kosmonavtlar unudulub, onların arxasınca kosmik gəmi göndərilməyib.
Məhz həmin qarışıq ərəfədə Kosmik Uçuş Mərkəzinin büdcəsinə vəsait köçürülmədiyindən mərkəzin kosmosa gəmi göndərmək imkanı olmayıb.
Bu imkansızlığın sayəsində Krikalyov nəzərdə tutulduğundan yeddi ay artıq kosmosda qalıb. Nəhayət, 25 mart 1992-ci ildə Krikalyovun yerə qayıtması üçün “Mir” stansiyasına kosmik gəmi göndərilib.
SSRİ-nin dövründə kosmosa uşan Kirkalyov yerə qayıdanda artıq SSRİ mövcud olmayıb.
Kirkalyov sovet kosmonavtları arasında yeganə kosmonavtdır ki, o, həm Sovet İttifaqı Qəhrəmanı, həm də Rusiya Federasiyasının qəhrəmanı adları ilə təltif edilib.
Kosmonavt bu tarixi uçuşundan sonra daha dörd dəfə kosmosu fəth edib.
1994-cü ildə Krikalyov ilk dəfə amerikalı astronavtlarla ABŞ istehsalı olan kosmik gəmi ilə kosmosa uçub.
Bu uçuş sakitliklə ötüşməyib. Belə ki, amerikalıların səma maşınında rütubət nəticəsində ventilyasiya sistemi sıradan çıxıb. Müvafiq qaydalara görə kosmik gəmilərdə nasazlıq yarananda kosmonavtlar yerdən təlimat gözləməli olublar.
Ancaq bu dəfə göydəkilər yerdən bir neçə saat ərzində heç bir təlimat almayıblar. Vəziyyətin gərginliyini nəzərə alan Krikalyov kosmik gəminin ventilyasiya sistemimi özü təmir edərək işlək vəziyyətə gətirib. Yerə enişdən sonra jurnalistlər kosmonavtın bu işini qəhrəmanlıq kimi təqdim ediblər. Jurnalistlərdən biri ona “əgər mühərrik xarab olsaydı nə edərdiniz” sualına Krikalyov belə cavab verib:
-"Amerikalı həmkarlarımızla adımız fərqli olduğu kimi (astronavt və kosmonavt) bacarığımız da fərqlidir. Təbii ki, mühərrikdə problem yaransaydı, mən gözləməyəcəkdim ki, amerikalı mütəxəssislər nə vaxt bizə məsləhət verəcəklər.
Lazım olan cihazları götürüb işə başlayacaqdım. Bu məndə alınacaqdı. Necə ki, indi alındı."
Hazırda 65 yaşlı kosmonavt kosmosa uçmağa hazırlaşmasa da, o, yenə də öz sahəsi üzrə yüksək vəzifələrdə çalışır.
Zakir Osmanov
Tarix: 13-04-2025, 08:33 Oxunub: 517
Bölməyə aid digər xəbərlər
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
12-04-2021, 10:04
Dünyanı silkələyən SƏYAHƏT - Adi fəhlə oğlu necə məşhurlaşdı...
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
18-12-2024, 14:19
İlham Əliyev "Rossiya Seqodnya"nın baş direktoruna müsahibə verdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
30-03-2023, 09:25
Əli Nağıyevi gözdən salma və DTX-ya qarşı təxribat kampaniyası - Ata öz oğlunun ölüm səbəbinin araşdırılmasını niyə istəmir?
7-06-2024, 09:38
Ən çox baxılan və tövsiyə olunan - Filmlər
31-05-2024, 10:10
Azərbaycanda insan hüquqlarının etibarlı müdafiəsi: görülən işlər və perspektivlər - Emin Novruzov
5-05-2023, 08:00
"Heydər Əliyev və Azərbaycan səhiyyəsi" - Nasir Əhmədov
25-10-2021, 11:02
“Şkola”ya qarşı “məktəb”i, “uçitel”ə qarşı “müəllim”i çıxaran Azərbaycanlı ilk türk qəzetəçisi Həsən bəy Zərdablı..”
3-03-2022, 11:51
"Tanrıyla və təbiətlə ünsiyyət dünyadakı bütün ünsiyyətlərdən üstündür" - Natəvan Dəmirçioğlu
29-01-2021, 21:02
AŞIQ ƏLƏSGƏR -200 İL... AŞIQ ƏLƏSGƏR NİZAMİ GƏNCƏVİDƏN SONRA DÜNYƏVİ FİLOSOF ŞAİRDİR...
17-11-2020, 12:47
İlham Əliyev və Mehriban Əliyevanın Füzuli və Cəbrayıl səfəri -TAM MƏTN
















