Bakıda körpü təhlükə yaradır: AAYDA-dan açıqlama

     "Bakının Babək prospektindəki körpüdə daşların qopub yerə tökülməsi haqda məlumatlıyıq" - bu sözləri  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Babək prospektindəki körpünün təhlükə yaratması ilə bağlı yayılan videonu şərh edərkən deyib.

     “Babək prospektində yerləşən yol ötürücülərinin birində bəzək üçün vurulmuş üzlük daşların kiçik bir hissəsi qoparaq yol kənarına düşüb. Qısa zaman ərzində həmin daşlar yol kənarından təmizlənərək kənarlaşdırılıb.Yol ötürücüsündə olan digər üzlük daşlar AYDA-nın mütəxəssiləri tərəfindən yoxlanılıb, qopma ehtimalı və hər hansı təhlükə yoxdur”, - deyə  o,  bildirib.


Tarix: 7-01-2025, 14:04 Oxunub: 382


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31