Tanınmış iş adamı həbs edildi

    Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
 Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.
   Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
    Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub.

Avtosfer.az


Tarix: 12-09-2024, 10:18 Oxunub: 322


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31