11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
"Şirvan şəhər icra hakimiyyətinin başçısı seçki qanunlarını pozur" - PEYMAN SADIQOV

51 saylı Şirvan seçki dairəsi üzrə namizəd Peyman Sadıqov Şirvan şəhər icra hakimiyyətinin başçısının seçki qanunlarını pozaraq, Şirvan şəhərində məktəb direktorları və səhiyyənin rəhbərliyini məcburi olaraq işçilərini Heydər Əsədova səs verməyə məcbur edir və seçkilərdə saxtakarlıq yaratmaq üçün  “onbaşı”, “yüzbaşı” formalaşdırmaqla məşğul  olduğunu qeyd edir. Peyman Sadıqovun fikirlərini təqdim edirik:
   "İcra başçısı inzibati resurslardan istifadə etməklə ölkədə gedən demokratikləşmə prosesinə maneçilik törədir. İnsanların iş
yerlərindən və gəlir yerlərini itirmək qorxusundan istifadə etməklə özünə xeyir edən namizəd Heydər Əsədovu deputat seçmək istəyir. Azərbaycan dövlətinin verdiyi səlahiyyətlərdən istifadə edərək seçkinin azad, ədalətli keçirilməsinə mane olur. Şirvan şəhər icra hakimiyyətinin başçısı büdcədən maliyyələşən təşkilatlara, tibb işçilərinə, yol idarəsi işçilərinə, məktəb direktorlarına tapşırıb ki, 51 saylı Şirvan seçki dairəsində heç bir namizədin təşviqatına getməsinlər və özünün yaxın dostu və yerlisi bu dairədən deputatlığa namizəd olan Heydər Əsədovu dəstəkləsinlər. Şirvan şəhərində məktəb direktorları və səhiyyənin rəhbərliyi məcburi olaraq işçiləri Heydər Əsədovla görüşə çağırıblar və görüş təşkil etdiriblər.
Hətta icra başçısının müavini “onbaşı”, “yüzbaşı” formalaşdırmaqla məşğuldur.
İnanıram ki, Respublika üzrə təyin olunmuş Müşahidəçilər sayəsində Dairə üzrə törədilə biləcək kütləvi saxtakarlıqların ciddi qanun pozuntularının qarşısını yüksək səviyyədə alacağıq. Məntəqələrdə bülletenlərin müşahidəçilərin iştirakı ilə sayılması prinsipinin pozulmasının hətta məntəqələrin idarə, müəssisə, təşkilat rəhbərləri, icra nümayəndəsi, bələdiyyə sədri, məktəb direktorları və digər vəzifəli şəxslər tərəfindən nəzarətə götürülməsinin qarşısını alacağıq. Seçicilərin azad səsvermə hüququna birbaşa müdaxilə edilməsinin yəni məntəqələrdə seçicilərdən şəxsiyyət vərəqələrinin nömrələri qanunsuz olaraq qabaqcadan götürülərək, həmin nömrələr əsasında seçki bülletenləri tapşırıq almış şəxslər tərəfindən qeydiyyat kitabında saxta daxil olunaraq müvafiq qeydlər edilməsinin beləliklə, dairənin əhatəsində olan hər bir məntəqədə 200-300 civarında bülleten YAP-ın namizədi Heydər Əsədovun xeyrinə işarələnərək seçki qutularına atılmasının və bu yolla onun səslərinin şişirdilməsinə mane olacağıq"


Tarix: 28-08-2024, 10:30 Oxunub: 151


Bölməyə aid digər xəbərlər