11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Plastik şüşələrdən su içmək diabet riskini artırır

Yeni araşdırmaya görə, plastik şüşələrdən su içmək diabet riskini artırır. Tədqiqatçılar, araşdırma nəticələrinin həmin kimyəvi maddənin istifadəsinin 2-ci tip diabet riskini artırdığına dair ilkin sübut olduğunu söyləyiblər.
 
Tədqiqat nəticəsində, plastik butulkaların mühüm kimyəvi komponentini 2-ci tip diabet riski ilə əlaqələndirən sübutlar tapılıb. Araşdırma, plastik su şüşələri də daxil olmaqla qida və içki qablaşdırmalarının istehsalında istifadə edilən kimyəvi maddənin orqanizmdə şəkər mübadiləsini tənzimləyən insulinə qarşı həssaslığı azalda biləcəyini ortaya qoyub. Amerika Diabet Assosiasiyasının 2024-cü il Elmi Sessiyalarında təqdim olunacaq nəticələr ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyini şüşələrdə və qida qablarında kimyəvi maddəyə məruz qalma üçün təhlükəsiz limitləri yenidən nəzərdən keçirməyə çağırır.
 
Əvvəlki araşdırmalar artıq göstərib ki, plastik və epoksi qatranların hazırlanmasında istifadə edilən Bisfenol A kimyəvi maddəsi insanlarda hormonları poza bilir. Tədqiqat BPA-nı (yeni araşdırmada tapılan kimyəvi maddə) diabetlə əlaqələndirsə də, əvvəlki heç bir araşdırma bu kimyəvi maddənin insanlara verilməsinin böyüklərdə bu riski artırıb-artmadığını birbaşa qiymətləndirməyib.
 
Kaliforniya Politexnik Dövlət Universitetinin alimləri bildiriblər ki, bunlar BPA tətbiqinin 2-ci tip diabet riskini artıra biləcəyini sübut edən ilk araşdırma nəticələridir. Tədqiqatçıların fikrincə, paslanmayan poladdan və ya şüşə butulkalardan və BPA-sız qutulardan istifadə kimi yanaşmalarla kimyəvi maddəyə məruz qalmanın azaldılması diabet riskini azalda bilər.


Tarix: 29-06-2024, 11:52 Oxunub: 715


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı