“Kanal 11” internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı əlavə ittiham irəli sürüldüyü bildirilir.NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Nemət Kərimli məlumat yayıb.
Onun sözlərinə görə, əvvəlki müvəkkili barəsində əlavə ittiham verilib:“Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”.
Ötən il dekabrın 12-də Nərimanov Rayon Məhkəməsi “Kanal 11” İnternet Televiziyasının rəhbəri Teymur Kərimov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.
Bölməyə aid digər xəbərlər