Azərbaycanda və dünyada baş verən son hadisələr fonunda demək olar ki, demokratiya, insan hüquq və azadlığı məqsəd və niyyəti gizlətmək üçün dövrümüzün ən ali vasitəsidir. Qərbin və Avropanın dünyaya baxışı və yanaşması imperial maraq dairəsindən kənara çıxmır. Qərbin əlaltıları da onların tapşırıq və göstərişləri əsasında fəaliyyət göstərirlər.
Ölkəmizdə belə zümrələrdən biridə Azərbaycan ictimaiyyətində özünü hüquq müdafiəçisi kimi tanıdan Yunuslar sülaləsidir. Leyla, Arif və Ramiz Yunuslarının fəaliyyətinin ana xətti bütün mümkün variantlardan istifadə edərək, Azərbaycan dövlətinə zərər vurmaqdır. Yenə də, qoca Leyla Yunus öz ağıl və təfəkkürü ilə “Azərbaycandakı siyasi məhbuslar” siyahısını tərtib edib. Bu siyahıda kimlər yoxdur? Azərbaycan dövlətinə xəyanət etmiş şəxslərdən tutmuş, narkotacir və iqtisadi qaçaqmalçılığa qədər məşğul olan bütün cinayətkarları bu siyahıda görmək olur. Bəs Leyla xanım hansı kriteriyanı əsas götürərək belə rəzil bir siyahı tərtib edir? Çox böyük ehtimalla siyahının tərtibi zamanı qoca Yunuslar özləri tipli digər şəxslərində mövqelərini nəzərə alıblar.
İran adlı molla fars rejiminin ölkəmizə münasibəti hər kəsə məlumdur. Son 44 günlük müharibə zamanı və müharibədən sonrakı dövrdə də fars rejimi niyyətini gizlətmədən, açıq şəkildə dövlətimizə və xalqımıza qarşı düşmən mövqeyini göstərmişdir. Yəqin ki , buna görədə Yunuslar zümrəsi və Əli Kərimli iranın cəsuslarını müdafiə edirlər. Cəsusu müdafiə etmək, onu qəhrəman və yaxud digər adla təbliğ etməyin özü də cinayətdir. Bəs Yunuslar və Kərimli kimə və nəyə güvənərək qanunlara və xalqımıza arxa çevrir?
Yeri gəlmişkən, Əli Kərimli adaşı Əli Həsənovun həbs edilməməsini böyük sevinclə öz dərnəyində bayram edərək, qeyd edir ki, müttəfiq və hamilərimizin dəstəyi ilə “Mart” ayında hakimiyyətə gəlirik. Əli Kərimli müttəfiq dedikdə Əli Həsənov və hakimiyyətdən uzaqlaşdırılmış digər şəxsləri, hamilər dedikdə isə rus, fars və sorosu nəzərdə tutur.
Diqqətlə Kərimlinin müttəfiq və hamilərinə nəzər yetirək.
Hakimiyyətin ən yüksək eşalonunda təmsil olunmuş Əli Həsənov və digərləri korrupsiya və vəzifə səlahiyyətlərini aşmalarına görə qanunla cəzalanıb. Belə bir şəxsi və ya şəxsləri özünün müttəfiqi hesab edən Əli Kərimli hansı hüquq və qanundan danışır? Əli həsənov və digər hakimiyyətdən “vurulmuşları” Kərimli ilə birləşdirən dəyər nədir? Yoxsa bu gün müttəfiq deyilənlər Əli Kərimlini idarə edənlərdir?
Bütün bu göstərilmiş suallara cavab olaraq siyasi həyatımızın ən yeni zamanına birlikdə ekskursiya edək. Əli Kərimlinin köməkçisi və “Azadlıq qəzeti”nin maliyyə və yayım direktoru olan Faiq Əmirli həbs olunarkən onunla yanaşı Xaqani Əliyev adlı digər bir əməkdaşıda həbs edilmişdi. Lakin, o zaman gözə görünməyən bir əl Xaqani Əliyevi həbsdən azad etdirərək, haqqında cinayət işi olduğu halda ölkədən çıxardaraq Avropaya yola salır və bir müddətdən sonra ölkəyə gətirir. Bu gizli əl kimdir ki, belə bir olaya rəhbərlik edib? Ola bilər ki, bu günün müttəfiqi deyilən Əli Həsənov hər zaman Əli Kərimli və onun dərnəyini mühafizə edib.
Olanlardan belə nəticə hasil olur ki, Əli Kərimli hər zaman Əli Həsənovun tapşırıqlarını icra edib. Bu gün isə öz rəhbərini dərnəyinə müttəfiq qismində tanış edir.
Əli Kərimli və özünə hami hesab etdiyi qüvvələr də Azərbaycan dövlətinin inkişafını istəməyənlərdir. Anti-Azərbaycan qüvvələrinin dəstəyi ilə hakimiyyətə gələn şəxsdən nə gözləmək olar? Bu sualın cavabı hər kəsə məlumdur. Çox təəssüflər olsun ki, bu gündə dünən olduğu kimi xalqımızın bir hissəsi pafosu qəhrəmanlıq hesab edərək yanılır. Əli Kərimli və onun dərnəyinin dövlətimizə və xalqımıza qarşı xəyanət və cinayətləri davam edir.
Yaxşı olardı ki, ziyalılarımız öz sözlərini desinlər. Bu satqın zümrəni zərərsizləşdirməyinin vaxtı çatmışdır!
(kaim.az)
Bölməyə aid digər xəbərlər