11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşsiz və işaxtaran şəxslər üçün "Açıq qapı günü" keçirilib...QAZAXDA

lyunun 9-da Qazax Rayon Icra Hakimiyyətinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyinda Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialının və "Saloğlu" fərdi firmasının birgə təşkilatçılığı ilə işsiz və işaxtaran şəxslər üçün "Açıq qapı günü" keçirilib.
Qazax Gənclər Mərkəzində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov,  Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Maşğulluq filialının müdiri Elçin Nəsibov, 'Saloğlu" fərdi firmasının baş direktoru Zaur Əhmədov  və rayonda fəaliyyət göstərən digər sahibkarlar, şəhər və rayonun kəndləri üzrə işsiz və işaxtaran şəxslər iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək İştirakçıları salamlayaraq  təşkil olunmuş tədbirin əhəmiyyətindən söz açıb.  "Saloğlu" fərdi firmasının fəaliyyətindən söz açan rayon rəhbəri yeni istifadəyə veriləcək "Venzana" fabrikində ən azı 270 nəfər şəxsin işlə təmin olunacağını bildirib.
Sonra tədbir iştirakçılarının işlə bağlı müraciətləri dinlənilib. "Saloğlu" fərdi firması tərəfindən təqdim olunan peşələr üzrə firmaya müraciət etmələri və qeydiyyatdan keçmələri tövsiyə olunub.



ELNUR QULİYEV, ATİA.AZ


Tarix: 10-06-2022, 08:57 Oxunub: 486


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı