11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans keşrilib... - QAZAXDA

  Regional media, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutları ilə mövcud kommunikasiyanın möhkəmləndirilməsi məqsədilə Baş Prokurorluğun silsilə tədbirlərinin davamı olaraq Qazax şəhərində “Media və hüquqi maarifləndirmə” adlı işgüzar konfrans təşkil edilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Qazax şəhərinin mərkəzində ucaldılmış abidəsini və Şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Şəhidlər Xatirə Kompleksi”-nİ ziyarət edərək qəbirlər üzərinə tər çiçəklər düzdülər.

Qazax Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, İcra aparatının məsul şəxsləri, Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşları Mələk Əliyeva, Aynur Əfəndiyeva, Qazax Rayon Prokuroru Rauf Gözəlov, Tovuz və Ağstafa rayon prokurorları və əməkdaşları, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisad kollecinin tələbələri, media qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayaraq yüksək səviyyəli konfransın respublikamızın ən ucqar rayonu olan Qazaxda keçirilməsinə görə zəhməti olan hər kəsə, xüsusən də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevə təşəkkürünü bildirib. İcra başçısı qeyd edib ki, cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, "Hazırda prokurorluq orqanlarının qarşısında mühüm vəzifələr durur. Əsas məqsədimiz prokurorluğun fəaliyyətinin müasirləşdirilməsi və dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılmasıdır. Əminəm ki, Azərbaycan Respublikası Prokurorluğu bu məqsədə çatmaq üçün səylərini davam etdirəcək və qarşısında qoyulan vəzifələri layiqincə yerinə yetirəcəkdir...”.

Qazax Rayon prokuroru Rauf Gözəlov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, informasiya təhlükəsizliyinin təmin olunması məqsədilə təşkil olunmuş işgüzar konfransın əhəmiyyətindən bəhs edib.  Media nümayəndələri, qeyri-hökumət təşkilatları ilə prokurorluq orqanları arasında olan əlaqələrdən, münasibətdən danışan rayon prokuroru bu günkü konfransın işinə uğurlar arzulayıb.

2021-2023-cü illər üzrə Baş Prokurorluğun kommunikasiya strategiyasından bəhs edən Baş Prokurorluğun nümayəndəsi Mələk Əliyeva vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə prokurorluğun sosial media platformalarında olan müraciət, sorğu və təkliflərə həssaslıqla yanaşıldığını, hazıradək 220-ə qədər müraciətin məhz sosial media platformalarında olan hesablar vasitəsilə qəbul edildiyini bildirərək vətəndaş məmnunluğunun təmin olunması məqsədilə qurumun fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılmasının əhəmiyyətli olduğu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən Baş Prokurorluğun digər nümayəndəsi Aynur Əfəndiyeva media və qeyri-hökumət təşkilatları ilə kommunikasiyanın gücləndirilməsinin zəruriliyini vurğulayaraq prokurorluq orqanlarının sosial media fəaliyyətinin gücləndirilməsi istiqamətində görülmüş kompleks işlər barədə məlumat verib.
Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulayıblar.
Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.

Elnur Quliyev, ATİA.AZ


Tarix: 21-05-2022, 14:17 Oxunub: 649


Bölməyə aid digər xəbərlər