Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının regionların inkişafı və sakinlərin rifahının yaxşı olması üçün əlindən gələni etməsi danılmazdır.
Çox təssüflər olsun ki, bəzən Cənab Prezidentin gördüyü gözəl işlərə kölgə salan "məmurlar"a da rast gəlirik. Hər dəfə öz çıxışında "məmur xalqın xidmətçisidir" deməyi bir daha onu göstərir ki, ölkə başçısı yarıtmaz məmurlara işlərində məsuliyyətli olmaları üçün xəbərdarlıq edir!!!
Bu da məmurla sıravi vətəndaş arasında uçurum yaradan körpünün bərpası deməkdir.
Hər zaman rayonlara xüsusi diqqət ayıran ölkə başçısının mərkəzdən 470 km aralı məsafədə yerləşən Qazax rayonuna da diqqəti danılmazdır!
Bu gün Qazax rayonununda görülən müsbət işlər təbii ki, bunun əyani sübutudur!
İstər Şəhidlərimizə, istərsə də Qazilərimizə, onların ailələrinə xüsusi diqqət ayıran Cənab Prezidentin tapşırıqları Qazax rayonuna icra başçısı təyin olunduğu gündən rayon sakinlərinin etimadını doğruldan Rəcəb Babaşov tərəfindən də məsuliyyətlə həyata keçirilir. Cənab Babaşov rayona rəhbərlik etdiyi gündən istər Şəhid ailələrini, istərsə də Qazilərimizi bir an belə unutmur. Qazax rayon Şəhdlərinə, Qazilərinə, eləcə də onların ailələrinə olan diqqət və qayğı göz önündədir!
Ölkə başçısının etimadını doğruldan Qazax rayon icra rəhbərliyi Şəhidlərimizin adlarını əbədiləşdirmək üçün istər 1-ci Vətən müharibəsində, istərsə də 2-ci 44 günlük Vətən müharibəsində Şəhid olan qazaxlıların adlarının əıbəidiləşdirilməsi üçün “Dəmir yumruq” abidəısi ucaltmışdır. İcra başçısının təşəbbüsü ilə şəhidlərimizin adına ucaldılmış “Dəmir yumruq” abidə kompleksinin yan tərəfində, Ulu Öndər Heydər Əliyevin adına salınmış parkın yanında ərazisi 1543 kv metr olan boş bir ərazidə “Şəhidlər parkı” –nın salınması üçün də aidiyyəti qurumlara göstəriş verilmişdir.
Biz də öz növbəmizdə görülən bütün gözəl işlərə görə Cənab Prezident başda olmaqla Qazax rayon icra rəhbərliyinə öz minnətdarlığımızı bildiririk!
ELNUR QULİYEV, ATİA.AZ
Bölməyə aid digər xəbərlər