Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin Qazax rayon şöbəsinin sədri Seyfəddin Məmmədovdan şikayətlər səngimir.
44-günlük Vətən müharibəsndə 30 il həsrətini çəkdiyimiz Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşmüş, torpaqlarımızı yağı düşməndən azad edərək, xalqına, millətinə 30 ilin sevincini yaşadan Qazilərimizə, Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin Qazax rayon şöbəsi üzrə sədri Seyfəddin Məmmədov tərəfindən verilən "Qazilik vəsiqəsi" pul müqabilində verilir.
Özünün səs yazısında Seyfəddin Məmmədov təsdiq edərək qeyd edir ki, pulun bir qismi mənə, bir qismi isə Qarabağ Əlilərinə Qayğı İçtimai Birliyinin (QƏBİB) sədri Firudin Məmmədova çatır.
Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev Cənablarının istər Şəhid ailələrinə, istərsə də Qazilərimizə göstərdiyi diqqət və qayğı bir mənalı olaraq danılmazdır.
Bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev Cənablarının, eləcə də Azərbaycan Respublikasının birinci Vitse Prezidenti Mehriban xanım Əliyevanın şəklini "Sədr" işlədiyi şöbədə başı üzərindən asaraq, Qazilərimizin haqqına girərək, onlara qarşı etdiyi bu biabırçı hərəkət, öncə Qazilərimizə, daha sonra isə millətinə, Vətəninə, Dövlətinə xəyanət deyilmi???
Nəzərinizə çatdırım ki, bu yaxınlarda redaksiyamıza Seyfəddin Məmmədov haqqında daha bir şikayət daxil olmuşdu. Qazax rayon sakinləri, müharibə iştirakçıları Araz Nəsibov və Mahir Qiyasov ATİA.AZ saytına şikayət edərək bildirmişdilər ki, Seyfəddin Məmmədov içki qəbul edərək biz qaziləri təhqir edir.
Bundan əlavə, Seyfəddin Məmmədov döyüşdə heç bir travma almadan saxta Qarabağ əlilliyi vəsiqəsi alıb. Seyfəddin Məmmədovun əlilliyinin saxta olub -olmamasını aidiyyatı qurumlardan xahiş etmişdilər ki, araşdırılsın.
ATİA.AZ saytı olaraq, Vətən müharibəsi iştirakçılarına qarşı olunan bu haqsızlıqları pisləyir və inanırıq ki, aidiyyatı qurumlar tərəfindən ciddi araşdırılaraq anında tədbir görüləcəkdir.
ELNUR QULİYEV, ATİA.AZ
Bölməyə aid digər xəbərlər