Bakıda məktəb direktorunun müavininin təhsilsiz olması ilə bağlı AÇIQLAMA



Bakıda attestatsız şəxsin məktəb direktorunun müavini vəzifəsinə təyin edilməsilə bağlı araşdırma aparılır.
 
Bu  barədə  sorğuya  cavab  olaraq  Bakı  Şəhəri  üzrə  Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, Bakı şəhəri R. Əliyev adına 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib:
"2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub".
Qeyd edək ki, məktəbin direktorun təsərrüfat işləri üzrə müavini (təsərrüfat müdiri) İsmət Yusifovanın orta təhsili olmadan, attestatsız işə götürülməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Report


Tarix: 25-04-2022, 12:44 Oxunub: 269


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930