11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
ADPU qeydiyyatla bağlı tələbələrdən kağız sənədlər tələb edir?

Azərbaycan Dövlət Pedaqoji Universiteti qeydiyyatla bağlı tələbələrdən kağız formada sənədlər tələb edir. Bu barədə İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, bir neçə ay öncə RİNN-in İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Texniki Universiteti qeydiyyat prosesində kağızdan imtina ilə bağlı universitetlərə müraciət edib. Lakin hələ də tələbələrdən müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etmələri tələb olunur: “Kağızdan imtina ilə bağlı universitetlərə müraciətdə bildirilmişdi ki, ali təhsil müəssisələrinə qəbul olanların qeydiyyatı yalnız rəqəmsal formada, ETN-in portal.edu.az platforması üzərindən olacaq. Universitetlər tələbələrdən, magistrlərdən və 2-ci ali təhsil alanlardan heç bir kağız sənəd tələb etməməliydi. Magistraturaya qəbuldan sonra apardığımız monitorinqlər onu deməyə əsas verdi ki, bu istiqamətdə atılan addımlar özünü doğruldub. Belə ki, on minlərlə tələbədən paralel olaraq kağız sənədlər tələb edilməyib”.

Bəs, bakalavrlarla bağlı vəziyyət necədir?
Ekspert qeyd edib ki, universitetlərə qeydiyyat başlayandan sonra aparılan qısa araşdırma ilə vəziyyətin müsbət istiqamətdə xeyli dəyişdiyini görüb: “Sosial mediada universitetlərin qəbul elanlarından görünür ki, yeni qəbul olanlar qeydiyyat üçün yalnız ETN-in portal.edu.az rəqəmsal platformasına yönləndirilir. Hələlik yalnız bir universitetin elanında qeyri-adi bir durumla rastlaşdım. ADPU rəhbərliyi tələbələri qeydiyyatla bağlı həmin portala yönəltsə də, maraqlıdır ki, elanda belə bir qeyd də yerləşdiriblər: “Dərslər başladıqdan sonra tələbələr müvafiq sənədləri əyani qaydada ali təhsil müəssisəsinə təqdim etməlidirlər”.

Düşünürəm ki, bunlar yolverilməzdir və bu, paralel qeydiyyat, həm də kağız formada yenidən qeydiyyat deməkdir. ETN-in rəqəmsal platformasında olan sənədləri, bu platformadakı bütün sənədlərə ADPU-nun sərbəst girişi olduğu halda yenidən onları kağız formada tələbələrdən tələb etmək, yumşaq desəm, hökumətin apardığı rəqəmsal siyasətə qarşı sayğısızlıqdır”.

Qeyd edək ki, indiyədək universitetlərə qəbul üzrə qeydiyyat 3 mərhələdə həyata keçirilirdi:
1. Mərkəzləşdirilmiş qaydada, ETN-in portal.edu.az platforması vasitəsilə;
2. Əksər universitetlər paralel olaraq qeydiyyat aparırdı, özləri üçün kağız sənədlər tələb edirdilər;
3. Bəzi universitetlər isə paralel olaraq özlərinin elektron resurslarında qeydiyyat tələb edirdilər.


Tarix: 28-08-2024, 12:53 Oxunub: 204


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı