Kənan Kərimzadə - 6 yeni məktəb binası tikiləcək

“Elm və Təhsil Nazirliyinin Təhsilin İnkişafı Fondu dövlət-özəl tərəfdaşlığı çərçivəsində ""Silk Vey Vest aviaşirkəti" MMC-nin maliyyə dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsi" layihəsini həyata keçirir” - bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

Cari ildə başlanılan layihəni dövlət-özəl əməkdaşlığının uğurlu nümunəsi olaraq qiymətləndirən Kənan Kərimzadə bildirib ki, bu layihə çərçivəsində ölkəmizin müxtəlif şəhər və rayonlarında 6 ümumi təhsil müəssisəsinin tikintisinin həyata keçirilməsi nəzərdə tutulur. Bakı-Abşeronda yerləşən 5 məktəb və Kürdəmir rayonunda yerləşən 1 məktəbin əsaslı təmiri və bərpası nəticəsində təhsil müəssisələrində 5 mindən çox şagirdin təhsil şəraiti yaxşılaşdırılacaq.
 
Ümumilikdə məktəb infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlərə də toxunan nazir müavini əlavə edib ki, 2003-2023-ci illər ərzində ölkədə ümumilikdə 4000-dək məktəb binası tikilib və ya əsaslı təmir edilib. Yenilənmiş məktəblər bütün məktəblərin təxminən 80 faizini təşkil edir və həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşıb.


Tarix: 30-04-2024, 17:40 Oxunub: 350


Bölməyə aid digər xəbərlər