İlham müəllim -Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir.


 Avtomobil Yolları Dövlət Agentliyi Azərbaycan Respublikasının  avtomobil yolları təsərrüfatı sahəsində xidmətlər göstərir, balansına verilmiş avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmiri, yenidən qurulması və tikilməsini, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılmasını və onların vəziyyətinə nəzarəti, yol infrastrukturunun inkişafı ilə bağlı digər işləri kompleks şəkildə həyata keçirir.
Ölkədə yol infrastrukturunun yenilənməsi Prezident İlham Əliyevin diqqətdə saxladığı əsas məsələlərdən biridir. Ölkəmizin tranzit yükdaşımaları üçün əlverişli coğrafi mövqedə yerləşməsi şərq-qərb, xüsusən də şimal-cənub istiqamətində avtomobil yollarının yenidən qurulmasının əhəmiyyətini artırır.
Azərbaycan Respublikası Avtomobil Dövlət Agentliyinin Bərdə Yol İstismar İdarəsi nin rəisi  İlham müəllim qeyd ediib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkə həyatının bütün sahələri ilə yanaşı, yol təsərrüfatı infrastrukturunun sistemli və hərtərəfli inkişafına xüsusi diqqət göstərir. Ölkəmizin bütün regionlarında, o cümlədən Bərdə  rayonunda   bu sahədə kompleks tədbirlər həyata keçirilir, dövlət başçısı tərəfindən imzalanmış sərəncamlar sözügedən sahənin daha da yeniləşdirilməsi üçün geniş imkanlar yaradır.
İlham müəllimin  rəhbərlik etdiyi  Bərdə Yol İstismar İdarəsinin  kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir.
  İlham  müəllim doğma eli, vətəni yolunda bütöv bir ömür həsr edərək, bu günə qədər halal zəhmətlə çalışmışdır. Onun üçün bu xalqın, bu elin rifahı hər şeydən önəmlidir və bu yolda yorulmadan, əzmlə çalışmaqda davam edir.
    İlham müəllim vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən bir şəxsiyyətdir.
Bu şərəfli yolda İlham müəllimə uğurlar arzulayırıq.


Tarix: 1-09-2020, 14:45 Oxunub: 254


Bölməyə aid digər xəbərlər
22-07-2020, 19:41 Sabah yağış yağacaq