Ukrayna prezidenti Volodimir Zelenski Türkiyədən inciyib.
ATİA.AZ ERT TV-yə istinadla xəbər verir ki, sözügedən yunan televiziyasına müsahibəsində dövlət başçısı Türkiyəni ikili standartlarda ittiham edib:
“Bir tərəfdən, Türkiyə vasitəçi rolunda çıxış edərək Ukraynanı mühüm addımlarla dəstəkləyir, digər tərəfdən isə, Rusiya turizmi üçün bir neçə turizm marşrutu hazırlayır. Bununla belə məşğul ola bilməzsiniz, bu ikili standartdır. Bu ədalətli deyil.
Ona görə də, mən Türkiyənin diqqətini bu cür imkanlara cəlb edirəm, inanıram ki, belə ola bilməz, çünki seçim etmək lazımdır: siz həqiqətin tərəfdarısınız, yoxsa yox?”
“Biz bunu da görürük. Mən də prezident kimi deməliyəm ki, əgər biz dostluq münasibətləri qurmaq istəyiriksə, bu, mümkün deyil”, – deyə Ukrayna lideri Yunanıstanın ERT ictimai televiziyasına müsahibəsində bildiribb.
Xatırladaq ki, aprelin 26-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ukraynadakı vəziyyəti müzakirə edib. Ərdoğan telefon danışığı zamanı Rusiya-Ukrayna danışıqlarının statusunun ən yüksək səviyyəyə qaldırılmasını və Ukrayna prezidenti Vladimir Zelenski ilə İstanbulda danışıqların aparılmasını təklif edib.
Bölməyə aid digər xəbərlər