Prezident 4 nəfəri VƏZİFƏDƏN AZAD ETDİ - YENİ TƏYİNATLAR



Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar ilə səhiyyə nazirinin müavinləri vəzifələrindən azad olunublar.
ATİA.AZ   xəbər verir ki, sərəncamlarla Nigar Ramiz qızı Əliyeva, Elsevər Məmməd oğlu Ağayev, Rahim Rafail oğlu Əliyev, Viktor Kərimoviç Qasımov işdən çıxarılıblar.
Prezidentin digər sərəncamları ilə səhiyyə nazirinə 3 yeni müavin təyin olunub. Belə ki, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.


Tarix: 4-02-2022, 10:19 Oxunub: 491


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31