13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
27 Sentyabr – Anım Günü Ağstafanın Şəhidlər Memorial kompleksində dərin ehtiramla qeyd olunub

27 Sentyabr – Anım Günü Ağstafanın Şəhidlər Memorial kompleksində dərin ehtiramla qeyd olunub

Ümumrayon anım tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, yerli hüquq-mühafizə strukturlarının rəhbərləri,  şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayonun məsul  şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İlk öncə RİH başçısı Memorial kompleksin əbədi məşəl abidəsi önünə əklil qoyub. Tədbir iştirakçıları Dövlət Bayrağında təsvir olunan ayparanı təcəssüm etdirən abidənin üzərinə gül dəstələri düzüb, qəhrəman Vətən övladlarının ruhuna dərin ehtiramlarını bildiriblər.

RİH başçısı çıxış edərək  qeyd edib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi təsis edilməsi ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna, eyni zamanda, onların doğmalarına göstərilən yüksək ehtiramın təzahürüdür.  Şəhidlərimizin xatirəsi müzəffər xalq və qalib dövlət Azərbaycanın qəlbində əbədi yaşayacaqdır. 

Şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi Samir Mirzəyev şəhidlərimizin keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda nümayiş etdirdikləri qəhrəmanlıq nümunəsindən söz açıblar.

Ağstafalı şair Rüfət Axundlu Vətənə həsr etdiyi şeirini səsləndirib.

Saat 12:00-da Respublikanın hər yerində, o cümlədən Ağstafa rayonunda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.


Orxan Səfərli



Orxan Səfərli 


Tarix: 27-09-2024, 18:15 Oxunub: 565


Bölməyə aid digər xəbərlər