27 Sentyabr - Anım Günündə Ağstafa şəhərinin mərkəzində ümumrayon tədbiri keçirilib

    27 Sentyabr - Anım Günündə Ağstafa şəhərinin mərkəzində ucaldılmış “Şəhid” Memorial Abidə Kompleksində ümumrayon tədbiri təşkil olunub.
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Bu gün səhər saatlarından başlayaraq respublikamızın bütün şəhər və rayonlarında, o cümlədən Ağstafada anım mərasimləri keçirilir, Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsi qürurla yad edilir.
 Ağstafa şəhərində Seymur Orucovun başçılığı ilə təşkil olunan 27 Sentyabr ümumrayon  tədbirində şəhid ailələrinin üzvləri, qazilər, rayonun məsul şəxsləri, rayon ərazisində yerləşən hərbi hissələrin nümayəndələri və rayon ictimaiyyəti iştirak ediblər. Abidə önünə əklil qoyulub, gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
 

Orxan Səfərli


Tarix: 27-09-2023, 18:35 Oxunub: 851


Bölməyə aid digər xəbərlər


«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930