16:40 / 23-02-2026
60 İLLİK ZİYALI ÖMRÜ
Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
  Bu  məqsədlə  Bakı vaxtı  ilə  saat 12:00-da ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılacaq.
Həmçinin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endiriləcək.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.


Tarix: 27-09-2022, 09:34 Oxunub: 267


Bölməyə aid digər xəbərlər


«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031