13:17 / 02-12-2024
Sabah hava necə olacaq?
Ağsafadakı inkişaf göz qabağındadır...

    Dövlət ali qurumdur; onun sosial-siyasi və iqtisadi prioritetlərini müəyyən etmək üçün düşünən beyinlərdən maksimum istifadə edilməlidir. Bunun üçün ilk növbədə xalq-dövlət birliyi hər kəsin ən ümdə vəzifəsi olmalıdır. Bu mənada, bölgələrdə də eyni ruhla inkişafa birgə zəmin yaradılmalıdır.
    Bəllidir ki, Azərbaycanın şəhər və rayonlarında sosial-iqtisadi və siyasi mənzərə ürəkaçandır. Ara-sıra baş verən neqativ halların da qarşısını almaq üçün uğurlu addımlar atılmalıdır. Açığı, Ağstafa rayonunda da biz bu istiqamətdə əməli işlərin həyata keçirildiyini görürük. Bu gün nəinki Ağstafada, elə bütün rayonlarda aparılan ictimai, siaysi və sosial problemlərin həllində ağıllı insanlardan ibarət ictimai qrupun mənəvi köməyindən istifadə edilməlidir. Əyri, oğru, yalan danışan, şəxsi mənafeyi naminə yaşından asılı olmayaraq yaltaqlıqla məşğul olan ünsürlər bir kənara atılmalıdır. Yalnız bu vəziyyətdə icra başçısı ilə əhalinin birgə vəhdəti yeni-yeni inkişaf prespektivinə yol açar.
   Həmişə özünün varlığı ilə seçilən Ağstafa rayonu bu gün intibah dövrünü yaşayır. Gənc icra başçısı cənab Seymur Orucovun idarəçilik meyarlarının üstünlüyü rayonda çox yeniliklər etmiş, qısa bir vaxtda o, rayon camaatının rəğbətini qazanmışdır. Ağstafanın sosial-iqtisadi inkişafını önə çəkən cənab  Orucov  yorulmadan çalışır, günün bəlkə də 12-13 saatını rayon əhalisinin dərd-sərinə, maddi və mənəvi ehtiyaclarına, onların yaşayış tərzinin yaxşılaşdırılmasına sərf edir. Elə bir gün olmaz ki, o, vətəndaşların ərizə və şikayətlərini dinləməmiş, problemlərin aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıq verməmiş olsun.

     Böyük ruh yüksəkliyi ilə demək mümükündür ki, Ağstafanın icra başçısı Prezident cənab İlham Əliyevin uğurlu siyasətini böyük əzmlə davam etdirir, Prezidentin dedyi kimi, xalqın xidmətçisi olduğunu əməli işi ilə sübut edir.
Artıq Ağstafa RİH-nin aparatı elə köklənmişdir ki, orada kimin hansı vəzifə tutmasından asılı olmayaraq, vətəndaş amilinin böyüklüyünə qiymət verilir, onların istək və arzuları təxirəsalınmaz formada həyata keçirilir. Rayonda elə bir kənd, elə bir sahə yoxdur ki, cənab Seymur Orucov sakinlərin vəziyyəti ilə maraqlanmasın. Bunun nəticəsidir ki, Ağstafada problemindən söhbət gedə bilməz.
Son zamanlar Seymur Orucovun yaşlı vətəndaşların, şəhid ailələrinin, qazilərin ərizə və şikayətlərinə yerində baxması böyük maraq doğurur. Bunların hamısı cənab İlham Əliyevin xalqına göstərdiyi siyasətin bir qoludur.
   Ağstafada yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluğuna da ciddi yanaşılır. Əkin sahələrinin suvarılmasında suvarma suyundan çətinlik arxada qalıb. Bu sahədə də heç bir narazılıq yoxdur.
Seymur Orucov rayonda çalışan iş adamları, sahibkarlar və fiziki şəxslərlə də mütəmadi olaraq fikir mübadiləsi aparır, onlara dəstək olur, qarşılaşdığı problemlərin həllində və verilən təkliflərə birbaşa yardımçı olur. Doğurdan da, onun işlədiyi müddətdə heç bir iş adamı və sahibkar bu günə kimi narazı qalmayıb.
  Cənab Orucov icra başçısı təyin edildiyi gündən Ağstafanın təhsil sistemininə xüsusi qayğı göstərməsi, aparıcı kadrlara tövsiyyəsi, hər il əvvəlki illərə nisbətən ölkənin ali və orta ixtisas məktəblərinə yüksək balla abituriyentlərin daxil olması işin düzgün istiqamətləndirilməsindən xəbər verir. Təhsilin inkişafına mane olan korrupsiya və rüşvətxorluq hallarına qarşı mübarizənin vacibliyini bildirir.
 Gənc icra başçısının rayon gənclərinə və gəncliyinə verdiyi dəyər, gənclərin Ulu Öndər Heydər Əliyev siyasəti ruhunda yetişdirilməsi də olduqca diqqətəlayiqdir.
Bəli, dövlətin əsas dayağı xalq, xalqın əsas dayağı olan dövlətin onlara xidmətçi göndərdiyi kadrlardır. Bu gün Ağstafada RİH başçısı cənab Orucovun rəhbərliyi altında aparılan uğurlu işlər onun həqiqi mənada bir xidmətçi - əsl qurucu kadr olduğunu təsdiqləyir.


  İlham Hacalı, ATİA.AZ


Tarix: 18-07-2022, 21:46 Oxunub: 654


Bölməyə aid digər xəbərlər