Laçının daha bir kəndinə köç başlayır

Laçın rayonunun Güləbird kəndinin sakinləri doğma yurdlarına qayıdacaq. Bu barədə Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov məlumat verib.
 
O,  “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi açılış mərasimində deyib ki, növbəti mərhələdə Laçın sakinlərinin Güləbird kəndinə köçürülməsinə başlanılacaq.

Güləbird kəndinə köçün bu ilin ikinci yarısında həyata keçiriləcəyi bildirilib.
 
Qeyd edək ki, Güləbird kəndi İkinci Qarabağ müharibəsi zamanı işğaldan azad edilib. 2006-cı ilin statstikasına görə Güləbird kəndinin əhali sayı 1460 nəfər olub.
 
Xatırladaq ki, Laçın rayonuna köç ötən ilin may ayında başlayıb. Hazırda Laçın şəhərində iki mindən, Zabux və Susda isə mindən çox sakin məskunlaşıb.


Tarix: 2-08-2024, 12:46 Oxunub: 2 985


Bölməyə aid digər xəbərlər


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31