Gürcüstan parlamenti prezidentin vetosunu ləğv etdi

Bu gün Gürcüstan parlamenti Prezident Salome Zurabişvilinin "xarici təsir" haqqında qanuna veto qoymasını səs çoxluğu ilə ləğv edib. Qanunun lehinə 84, əleyhinə isə 4 deputat səs verib.
 
Parlamentin gərgin keçən iclasında insident də qeydə alınıb. "Gürcü arzusu”nun deputatı İrma Zavradaşvili “Strategiya Aqmaşenebeli” partiyasının sədri Giorgi Vaşadzenin üzərinə su töküb. Hadisə G.Vaşadze tribunada çıxış edərkən baş verib.
 
Artıq parlamentin binasındakı hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı artırılıb və qanunverici orqanın yan girişlərində xüsusi təyinatlılar tərəfindən dəhliz yaradılıb.
 
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.


Tarix: 29-05-2024, 12:00 Oxunub: 251


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930