Gürcüstanda yeni qanuna qarşı keçirilən aksiyada həbslər başlayıb

Gürcüstan polisi etirazçılar Çiçinadze və Zubalaşvili küçələrinin kəsişməsində, qanunvericilik binasının xidməti girişindən bir qədər kənarda şüşə atmağa və təhlükəsizlik qüvvələrini təhqir etməyə başladıqdan sonra “Xarici təsirin şəffaflığı haqqında” Qanun layihəsinə qarşı etiraz aksiyasının iştirakçılarını saxlamağa başlayıb. 

Məlumata görə, artıq 20 nəfər aksiya iştirakçısı saxlanılıb.

Daxili İşlər Nazirliyinin qüvvələri Bakı vaxtı ilə saat 5 radələrində hadisə yerinə gəlib və bir müddət sonra etirazçılara parlamentin girişində ərazini boşaltmaq üçün edilən uğursuz çağırışlardan sonra nümayişçiləri məcburi şəkildə ərazidən çıxarıblar.


Bu gün səhər saatlarında mübahisəli qanun layihəsinə baxılması nəzərdə tutulan hüquq məsələləri komitəsinin iclasının olması planlaşdırılır. Qanun layihəsinin üçüncü və yekun oxunuşda plenar iclasda qəbulu çərşənbə axşamına təyin edilib.


Tarix: 13-05-2024, 11:21 Oxunub: 298


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930