11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Üç ölkə Fələstin dövlətini tanıdı

Norveç Fələstini suveren dövlət olaraq tanıyıb. NRK” telekanalına istinadən xəbər verilir ki, bu barədə məlumatı ölkənin Baş naziri Yonas Qar Störe mətbuat konfransında açıqlayıb. Sözügedən qərar mayın 28-də qüvvəyə minəcək. Bundan əvvəl, Avropa ölkələrindən yalnız İsveç Fələstin dövlətini tanıyıb.

“Reuters” agentliyinin məlumatına görə, Norveçin ardınca İrlandiya və İspaniya da Fələstin dövlətini tanımaq barədə qərar qəbul ediblər.

“Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdıqlarını elan edirlər. İndi hər birimiz bu qərarın reallaşdırılması üçün bütün zəruri milli addımları atacaq”, - deyə İrlandiyanın Baş naziri Saymon Harris mətbuat konfransında bildirib.

“Cadena SER” radiostansiyasının məlumatına görə, İspaniyanın Baş naziri Pedro Sançes bu barədə qərarın mayın 28-də qüvvəyə minəcəyini bildirib: “Gələn çərşənbə axşamı İspaniya Nazirlər Şurasında Fələstin dövlətinin tanınmasını təsdiq edəcək”.


Tarix: 22-05-2024, 11:05 Oxunub: 185


Bölməyə aid digər xəbərlər