Yamayka Fələstini müstəqil dövlət kimi tanıyıb

Yamayka hökuməti Fələstin dövlətinin tanınması barədə qərar qəbul edib. Xarici mətbuata istinadən xəbər verir ki, bu qərarı xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit Nazirlər Kabinetində apardığı müzakirələrdən sonra təsdiqləyib.
 
“Yamayka uzun müddətdir davam edən münaqişəni həll etmək, İsrailin təhlükəsizliyini təmin etmək və fələstinlilərin ləyaqətini və hüquqlarını qorumaq üçün yeganə əlverişli variant kimi iki dövlətli həlli müdafiə etməyə davam edir. Yamayka Fələstin Dövlətini tanımaqla sülh yolu ilə həllə tərəfdarlığını gücləndirir”, - o bildirib.
 
Qərarı şərh edərkən o qeyd edib: “Qərar Yamaykanın Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin dövlətlər arasında qarşılıqlı hörmət və dinc yanaşı yaşaması, habelə BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanınması prinsiplərinə güclü öhdəliyinə uyğundur”.


Tarix: 24-04-2024, 14:36 Oxunub: 273


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930