13:32 / 27-01-2025
Bakıda evdə meyit tapılıb
10:17 / 25-01-2025
Bərdədə qadın intihar edib
İspaniya “Qızıl Viza” proqramını ləğv edəcək

“İspaniya hökuməti ölkədə daşınmaz əmlaka böyük investisiyalar yatırmaq müqabilində xarici vətəndaşlara daimi yaşayış icazəsi almağa imkan verən “Qızıl Viza” proqramını ləğv etmək niyyətindədir”. Bu barədə İspaniyanın baş naziri Pedro Sançes mətbuat konfransında bildirib. Sançesin sözlərinə görə, bu məsələyə çərşənbə axşamı Nazirlər Şurasının iclasında baxılacaq.

O, 100 “Qızıl Viza”dan 94-nün əsasən Barselona, Madrid, Malaqa, Alikante, Valensiya və Palma de Malyorka kimi böyük şəhərlərdə yaşayış və ya kommersiya daşınmaz əmlakının alınması üçün verildiyini vurğulayıb.

Qeyd edək ki, xarici sərmayələrin cəlb edilməsi və iqtisadi artımın sürətləndirilməsi məqsədi ilə 2013-cü ildə İspaniyada “Qızıl Viza” proqramına start verilib. 2013-cü ildən 2022-ci ilə qədər demək olar ki, 11,5 min belə viza verilib ki, onlardan 10,8 mini (93,9%) daşınmaz əmlak investisiyaları ilə bağlı olub.


Tarix: 9-04-2024, 10:52 Oxunub: 200


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı
13-02-2021, 12:10 Oqtay Əsədov həbs edilir?