Sağaltmaq əvəzinə xəstələndirən dərmanlar - FOTO



İnsanlar antibiotik qəbul edərkən bir sıra səhvlərə yol verirlər.
Bu barədə Rusiyada “Hemotest” laboratoriyasının baş həkimi Olqa Dextyareva xəbərdarlıq edib.
Onun sözlərinə görə, əksər hallarda insanlar dərmanın təyinatını düzgün başa düşmürlər və bu fəsadlarla nəticələnir.
“Antibiotiklər bakteriyaların yaratdığı infeksiyanı müalicəsi üçündür. Viruslara isə ayrıca dərmanlar sinfi var - antiviral. Ev şəraitində bir infeksiya növünü digərindən etibarlı şəkildə ayırmaq mümkün deyil”, - deyə həkim bildirib.
O, antibiotiklərin təhlükəsizliyi ilə bağlı miflərə inanmamağa çağırıb.
“Baxmayaraq ki, bu sinifdən olan dərmanların əksəriyyətinin qəbulu çox qısa müddətlik - cəmi bir neçə günlükdür, bununla belə antibiotiklər mikrofloranı korlayır. Burdan isə üçüncü səhv yaranır - antibiotiklərin qəbulunu probiyotiklərlə müşayiət etməmək, hansı ki, disbakterioz və digər həzm pozğunluqlarının qarşısını almağa kömək edir”, - deyə ekspert vurğulayıb.
Dextyareva həmçinin preparatların qəbulu qaydalarına diqqət etməyə, doza və vaxt intervalına ciddi riayət etməyə çağırıb.

 İzvestiya


Tarix: 24-02-2022, 07:08 Oxunub: 357


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930