11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Əsl həkim üçün təbabət bütünlüklə onun həyatıdır...- pediatr İsmayıl Sanıyev...

   Bir neçə gün bundan öncə kiçik oğlumu gecə yarısı Qazax rayon Mərkəzi Xəstəxanasına  apardım. Sağ olsun Mərkəzi Xəstəxanada çalışan həkimlər, əllərindən gələn nə varsa canla-başla etdilər. Bünyamin doktor başda olmaqla  hər birinə  təşəkkür edirəm.

Sözün açığı nə qədər canla-başla uşağa qayğı göstərsələr də həkimlər məni çox qorxutdu, "uşağı təcili Bakıya apar" dedilər. 

Bakıya xəstəxanaya  göndəriş  almaq  üçün məni pediatr  İsmayıl Sanıyevin yanına göndərdilər. İsmayıl doktor sənədi yazmadan öncə uşağın problemi ilə maraqlandı.
 Biz də dərdini danışdıq, dərdi budur dedik, amma dərmanını tapa bilmədilər... dedilər təcili Bakıya getməlidir. 
Uşağı müayinə etdikdən sonra dedi ki, biz bu uşağı Bakıya dərdini bilmədən göndərsək bizə gülərlər...
"Elnur, uşaqda heç nə yoxdur, sadəcə kəskin qarın sancısı virusudur" dedi. Bakıya aparmağa ehtiyac yoxdur deyib, üç günlük müalicə yazdı. 
Dedi apar bu müalicəni et,  üç gündən sonra yanıma gətir. 
Dediyi kimi etdik.
Cəmi iki gün keçmədi uşaq başladı deyib-gülüb  oynamağa. 

Üçüncü gün (dediyi vaxt) uşağı apardıq həkimin yanına,  yüngülvari müalicə yazıb:  "aparın uşağınızı,  qorxulu heç nə yoxdur" dedi. 
Məndə öz təşəkkürümü bildirdikdən sonra, dedim ki,  icazə verin şəklinizi çəkim, sizin doğrudan da necə gözəl bir həkim olduğunuzu içtimailəşdirim, bilməyənlərdə  bilsin ki, Qazax rayonununda sizin kimi peşəsini sevən bacarıqlı gözəl  bir həkim var.

Sözün açığı icazə vermədi. Dedi:  "Elnur, mənim reklama ehtiyacım yoxdur, çox sağ ol" 
Dedim doktor,  siz razı olsanız da, olmasanız da şəklinizi "Facebook"dan götürüb işıqlandıracam.
 
Dediyimi də etdim. İsmayıl doktordan xahiş edirəm ki, məndən inciməsin. 

Rayonumuz Qazaxda, peşəsini sevən bacarıqlı həkimlərimizə Allahdan uzun ömür can sağlığı arzulayıram. 

Hörmətli Ismayil Saniyev Doktor!  İnsanca insan,  peşəsini sevən bir pediatr kimi Sizə öz  sonsuz təşəkkürlərimi bildirirəm. Nə yaxşı ki, rayonumuzda  sizin kimi savadlı, bacarıqlı, peşəsini sevən dəyərli həkimlərimiz var.
Var olun! Minnətdaram!

Elnur Quliyev, ATİA.AZ


Tarix: 23-01-2022, 20:10 Oxunub: 1 237


Bölməyə aid digər xəbərlər