Rusiyalı qastroenteroloq Sergey Vyalov kərə yağı və pendir-çörəkli adi səhər yeməyini sağlamlıq üçün təhlükəli adlandırıb.
Həkim qeyd edib ki, belə səhər yeməyi çox yeyilən zaman mədəaltı vəzi həddən artıq yüklənir. Nəticədə, pankreatitin inkişaf riski yaranır. Belə ki, yağlı qidaların çox olması ilə öd turşusu bu orqanın kanallarına atıla bilər.
Bundan əlavə, belə bir səhər yeməyi ürək-damar sisteminə də zərər verə bilər.
“Nə qədər çox heyvan yağı yeyirsinizsə, qanda xolesterin və triqliseridlərin səviyyəsi bir o qədər yüksək olar ki, belə halda da ateroskleroz bir o qədər tez inkişaf edir. Aterosklerotik yığınlar ürəkdə qan axını üçün maneə törədir və ürəyin işemik xəstəlikləri (infarkt və ya stenokardiya) məhz belə yaranır”, -deyə o, bildirib.
Eyni zamanda, Vyalovun fikrincə, pendir və yağlı çörəklərdən tamamilə imtina etməyə ehtiyac yoxdur. Onun sözlərinə görə, heyvan yağlarını bitki yağları ilə əvəz etmək olar.
Bölməyə aid digər xəbərlər