21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
Mikroavtobus qəzaya uğradı... 15 nəfər xəsarət aldı... - AĞSTAFADA.

    Ağstafa rayonunda mikroavtobus qəzaya uğrayıb.
    Hadisə Bakı-Qazax avtomobil yolunun Ağstafa rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, magistral yolda hərəkətdə olan sərnişin mikroavtobusu ilə "QAZEL" markalı avtomobilin toqquşması nəticəsində 15 nəfər  şəxs xəsarət alıb.
    Baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub. Bu barədə TƏBİB-in mətbuat xidmətindən bildirilib. Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyyə edilib. Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcəkdir.

    Hazırda yaralıların şəxsiyyətləri dəqiqləşdirilir.
   Faktla bağlı araşdırma aparılır.


Tarix: 26-09-2022, 18:38 Oxunub: 405


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı