11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
“Eurovision 2023” Mahnı Müsabiqəsində qaydalar dəyişdirildi

Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək “Eurovision 2023” Mahnı Müsabiqəsi üçün səsvermə sistemində əsaslı dəyişikliklər edilib.
Bu barədə beynəlxalq mahnı müsabiqəsinin rəsmi saytında məlumat verilib.
Bildirilib ki, bundan sonra hansı ölkələrin yarımfinala yüksələcəyini tamaşaçıların səsləri müəyyən edəcək. Həmçinin,
- İştirakçı olmayan ölkələrdən olan tamaşaçılar onlayn səsvermədə iştirak edə biləcəklər;
- Yekun nəticəni müəyyən etmək üçün münsiflər heyətinin səsləri qlobal auditoriyanın səsləri ilə birləşdiriləcək;
- Gələn il yarımfinala yüksələn ölkələr 2009-cu ildən bəri olduğu kimi münsiflər heyəti və ictimai səslərin kombinasiyası əsasında deyil, yalnız tamaşaçıların səsləri əsasında müəyyən ediləcək;
- Musiqi sənayesinin peşəkar münsiflər heyəti Böyük Finalda qalacaq, lakin yarımfinaldan kimin oraya çatacağına tam nəzarət tamaşaçıların ixtiyarına verilib.
Manset.az 


Tarix: 23-11-2022, 07:10 Oxunub: 161


Bölməyə aid digər xəbərlər