“Avroviziya”da Azərbaycanın səsləri buna görə ləğv edildi


Avropa Yayım Birliyi (EBU) 6 ölkənin münsif səslərinin ləğv olunması ilə bağlı açıqlama verib.
 
Bildirilib ki, buna səbəb 6 ölkənin münsiflərinin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etməsidir.
Təşkilatçılar bunu münsiflər arasında xal transferi olaraq qəbul edib və müsabiqə qaydalarına zidd olduğu üçün xallar sıfırlanıb.
AYB ölkələrə öz münsif heyətləri ilə məsələni tədqiq etməyə imkan yaratdığını əlavə edib.
Qeyd edək ki, “Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsinin təşkilatçısı olan Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib. Bu səbəbdən AYB altı ölkədən münsiflər heyətinin səslərini etibarsız sayıb.

Qafqazinfo


Tarix: 20-05-2022, 09:24 Oxunub: 280


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930