11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Hərbçini şantaj edən sayt rəhbəri tutuldu


Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən realxeber.org saytının və eyni adlı yutub kanalının idarəçisi Zaur Qafarovun hərbi qulluqçudan barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yayma hədəsi ilə pul tələb etməsi barədə Dövlət Təhlükəsizli Xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.
 Baş Prokurorluğun Mətbuat xidməti xəbər verir ki, əməliyyat-axtarış tədbirləri ilə Zaur Qafarov saxlanılıb.
Onun video-foto montaj vasitəsi ilə İkinci Qarabağ Müharibəsi iştirakçısı olmuş hərbi vəzifəli şəxs barəsində sonuncunun guya hərbi qulluqçu adına yaraşmayan işlərlə məşğul olmasına dair nüfuzdan salan və həqiqətə uyğun olmayan video-çarx hazırlayaraq idarə etdiyi media platformalarına ictimaiyyətə açıq şəkildə qəsdən yerləşdirməsinə, həmin videogörüntülərin daha geniş ictimai kütlə arasında yaymaqla hədələyib bunun müqabilində sonuncudan pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla, Zaur Qafarova həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda təqsirləndirilən şəxsin eyni xarakterli əməllərindən zərər çəkən digər şəxslərin müəyyən edilməsi istiqamətində istintaq davam etdirilir.


Tarix: 15-09-2022, 12:44 Oxunub: 185


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı