11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Bakıda kirayə ev axtaranlara PİS XƏBƏR - 400-450 manat...


Pandemiya qaydalarının yumşalması kirayə mənzil bazarında qiymətlərə ciddi təsir edib. Əvvələr bu aylarda paytaxda kirayə mənzillərin qiymətində enmə müşahidə edilirdisə, bu tendensiyadan indi əsər əlamət yoxdur.
 
Əmlak məsələləri üzrə ekspert  Nofəl Quliyev  deyib ki, səbəb dərslərin ənənəvi qaydada keçirilməsidir. Bakıda kirayədə yaşayan tələbələr qaldıqları evi tətil vaxtında sahibinə qaytarmırlar.
Ev alqı-satqısı ilə məşğul olan Həşim Qədirov bildirib ki, tələbələr kirayə mənzilləri vermədikləri üçün bazarda mənzil qıtlığı yaranıb. Rəqabət azaldığından kirayə mənzillərin qiyməti də bahalaşıb.
Ekspert Nofəl Quliyev hesab edir ki, paytaxda kirayə mənzil bazarı müştərilərinin təxminən 70-75 faizini tələbələr təşkil edir. Ekspertin sözlərinə görə, hazırda evlərin qiymətində 100-150 manat bahalaşma var. Əgər bazarda mənzil çox olmazsa qiymət artımı növbəti aylarda da davam edəcək.
Ekspertlər onu da bildirirlər ki, hazırda kirayə mənzil bazarında ən çox təlabat ikiotaqlı mənzillərədir.

Xəzər Xəbər


Tarix: 16-05-2022, 12:18 Oxunub: 589


Bölməyə aid digər xəbərlər