Nağıyeva Aynurə ATİA.AZ saytı tərəfindən "Təşəkkürnamə" ilə təltif olundu

  ATİA.AZ saytinın dəstəyi ilə  çap olunan kitabların korrektə olunmasında təmənnasız xidmətinə görə Nağıyeva Aynurə Sovet qızı ATİA.AZ saytı tərəfindən   "Təşəkkürnamə"  ilə təltif olundu.

    Nağıyeva Aynurə Sovet qızı Qazax rayon Kosalar kənd İsmayıl Şıxlı adına tam orta ümumtəhsil məktəbində Operator-lobarant vəzifəsində çalışır. 

O, işlədiyi məktəbdə üzərinə düşən vəzifə və tapşırıqları layiqincə yerinə yetirməklə bərabər, həm də ATİA.AZ saytının dəstəyi ilə çap olunan bir çox kitabların  nəşrə hazırlanmasında (korreksiya olunmasında) təmənnasız olaraq yaxından köməklik etmişdir. 

 Biz də  ATİA.AZ saytı olaraq  onun əməyini "Təşəkkürnamə" ilə qiymətləndiririk. 

ATİA.AZ saytı tərəfindən təsis edilmiş "Təşəkkürnamə"ni Qazax rayon Kosalar kənd İsmayıl Şıxlı adına tam orta ümumtəhsil məktəbinin direktoru Hüseynov Samir Cəliddin oğlu  təqdim etmişdir.

  Sizi təbrik edirik, Aynurə xanım!!!  İşlədiyiniz məktəbdəki xidmətinizə və ATİA.AZ saytına təmənnasız dəstəyinizə görə saytımızın yaradıcı kollektivi adından təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayırıq!!!








ATİA.AZ saytının baş redaktoru

Aydın Adıgözəlli


Tarix: Dünən, 19:58 Oxunub: 114


Bölməyə aid digər xəbərlər


«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031