21:37 / 20-09-2024
15 yaşlı oğlan bıçaqlandı
56 yaşlı Əməkdar artist vəfat etdi

Azərbaycanın Əməkdar artisti, Milli Konservatoriyanın dosenti, tarzən Səbuhi Cəfərov vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb.

Bildirilib ki, 56 yaşlı S.Cəfərov bu gün səhər saatlarında dünyasını dəyişib.

Səbuhı Aslan oğlu Cəfərov 1968-ci ildə Azerbaycan Respublikasinin Quba şəhərində ziyalı ailəsində anadan olmuşdur. Bakı Musiqi Akademiyasıni (1990-1995) fərqlənmə diplomu ilə bitirərən Səbuhi Cəfərov, həmin ildən Bakı Musiqi Akademiyasında muəllimlik fəaliyyətinə başlamışdır.Tələbələri dəfələrlə respublika müsabiqələrində laureat olmuş: 5 Beynəlxalq müsabiqədə laureat, 3 respublika müsabiqəsində "Qran Pri" mükafatına, 2 tələbəsi Rusiya səfirliyinin keçirdiyi müsabiqədə I və II yerlərə layiq görülərək laureat adını qazanmış, Tələbəsi Əliyev Əli Sahib oğlu 2020–ci ildə fevralında, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatciliqi ilə keçirilən “World Harmony” Beynəlxalq müsabiqiəsində “Grand Prize” mükafatına layiq görülmüşdür (Həmçinin yaxşı müəllim işinə görə diplomla təltif olunmuşdur), bir çox tələbələri respublika musaqibələrində laureat adını qazanmışlar. Tələbəsi Bayramov Yusif Nəriman oğlu Prezident təqaüdçüsüdür.

Səbuhi Cəfərov pedaqoji fəaliyyətində əldə etdiyi uğurlara görə dəfələrlə “Fəxri fərman”la təltif olunmuşdur. Respublika üzrə keçirilən müsabiqələrdə münsiflər heyətinin tərkiində və eləcədə 2020-ci il 17-24 fevral tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatciliqi ilə keçirilən “World Harmony” Beynəlxalq müsabiqiəsində münsiflər heyətinin tərkibində olmuşdur. Elmi və dövrü mətbuatdakı fəaliyyətinə görə Azərbaycan Kütləvi Informasiya Vasitələri Işçilərinin Həmkarlar Ittifaqı (AzərKİVİHİ) Rəyasət İttifaqının (1 may 2013-cü il tarixli) qərarı ilə “Qızıl qələm” media mükafatı adına layiq gorülmüşdür.

Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyasının 12 yanvar 2011-ci il tarixli qərari ilə (protokol N 02-k) dosent elmi dərəcəsi alan Səbuhi Cəfərov hal-hazırda Azərbaycan Milli Konservatoriyasında dosent vəzifəsində çalışır.


06 Noyabr 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülmüşdür.


Tarix: 30-06-2024, 16:30 Oxunub: 278


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı