Bu gün şairə-yazıçı Nüyvər Şərifovanın doğum günüdür!!!


Bu gün «Tanış olaq» jurnalının təsisçisi, bir çox kitablar müəllifi, şairə-yazıçı, dünyaya baxışı körpə ikən dağ zirvəli ucalıqlarda formalaşmış Nüyvər Şərifovanın doğum günüdür.

Nüyvər Hüseynəli qızı Şərifova bədii yaradıcılıq sahəsində öz qələmilə oxucuların diqqətini çəkən və yüksək rəğbətini qazanmış xanımlarımızdan biridir. O, Azərbaycanın dilbər guşələrindən biri olan Qax rayonunun Çüdüllü kəndində anadan olub.


Onun yaradıcılığında müxtəlif janrlarla yanaşı zəngin təxəyyül məhsulları da özünə məxsus yer tutur.  Dövrün ictimai-siyasi və sosial əyər-əskikləri şairənin sərrast müşahidələrindən keçərək milli zəmində  misralara çevrilmişdir.  İstedadlı şairə yeri gəldikcə keçmişimizə də boylanıb tarix səhifələrindən ibrətli məqamları bədii formalarda göz önünə gətirir və gələcəyə düzgün istiqamət verir.


Biz də öz növbəmizdə Nüyvər Şərifovanı doğum günü münasibətilə Atia.az saytı adından 3 rəqəmli doğum günlərini qeyd etməsi arzusu ilə təbrik edirik.


Tarix: 30-05-2024, 09:28 Oxunub: 394


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930