“Səhnədən getməmək üçün müalicələrimə başlayacağam”

Xalq artisti Afaq Bəşirqızı səhhətindəki problemdən danışıb. “Elgizlə izlə” verilişinə müsahibə verən aktrisa hazırda müalicə aldığını deyib.

O bildirib ki, səhhətində yaşadığı problemlərə görə səhnədən getməyi düşünüb: “Bədənimdə saysız-hesabsız əməliyyatlar, xəstəliklər var idi. Bilirəm ki, artıq mənim 18 yaşım yoxdur. Reabilitasiya mərkəzinə gəlməyim son ümidim idi. Bu yaxınlarda tamaşa oynadım. Tamaşadan sonra həmkarlarıma söylədim ki, səhnədən ayrılmaq istəyirəm. Artıq getməyimin vaxtıdır, amma ayrıla bilmirəm. Xasiyyətimə bələd bir insanam. Əgər həqiqətən də səhnədən uzaqlaşsam, özümə qapanacağam. Heç yerimi və məkanımı da bilməyəcəklər. Lakin mən səhnədə qalmaq istəyirəm. Səhnədə qalmaq üçün isə müalicələrimə başlayacağam”.

Qeyd edək ki, A. Bəşirqızı uzun illərdir xərçəng xəstəliyi ilə mübarizə aparır.


Tarix: 29-05-2024, 15:47 Oxunub: 417


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930