AYB-NİN ŞİMAL-QƏRB REGİONAL BÖLMƏSİNİN ÜZVLƏRİ QAZİNİN DOĞUM GÜNÜNDƏ BİR ARAYA GƏLİB

    3 mart 2024-cü ildə AYB şimal-qərb regional bölməsinin sədri Əlmaniz Ələkbərli həm Ümumdünya Yazarlar Günü, həm də birliyin üzvü, Birinci Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan hərbçi, mayor Şaban Abdullanın doğum günü ilə bağlı birliyin üzvlərini  Balakən rayonunda bir araya gətirib. Balakən yazarlarının da iştirak etdiyi yığıncağı öncə giriş sözü ilə sədr Ə.Ələkbərli açıb. Öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra şairlər şeirlərini səsləndirib, səbəbkarı təbrik ediblər. Çay süfrəsi arxasında maraqlı söhbətlər edilib və qazinin keçdiyi döyüş yolu, döyüş xatirələri böyük maraqla qarşılanıb. Döyüş xatirələrini qazi Şaban Abdulla (Daşdəmirov) həzin, duyğulu anlar kimi xatırlayaraq kövrək anlar yaşayıb, həmçinin üzvlər o dövr haqqında maraqlı söhbətlərin dinləyicisi olublar. Sonda tort kəsilib, səbəbkara təbriklər deyilib, şənlik maraqlı fotoşəkillər ilə yekunlaşıb.








 Aygün Sadiq,
ATİA.AZ


Tarix: 3-03-2024, 17:25 Oxunub: 329


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı