Ağstafa rayonunda qətl hadisəsi baş verib...

Ağstafa rayonunda qətl hadisəsi olub.
Hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.
Məlumata görə, gənc oğlan bıçaqlanaraq qətli yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Ağstafada qətlə yetirilən gəncin şəxsiyyəti məlum olub.
 O, 2001-ci il təvəllüdlü Vəlizadə Çingiz Aslan oğludur.
Hadisə gəncin yaşadığı evin önündə qeydə alınıb. Çingiz Vəlizadə ürək nahiyəsindən bıçaq zərbəsi alıb.
Qətli törətməkdə şübhəli bilinən şəxs, mərhumun dayısı oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Əli Mübariz oğludur. 
İlkin ehtimallara görə, hadisə tərəflər arasında söyüş üstə düşən dava zamanı baş verib.
Hadisə zamanı onları aralanmaq istəyən digər qohumları, 1997-ci il təvəllüdlü Vəliyev Nurlan Kərəntər oğlu da əlindən bıçaq xəsarəti alıb.
Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


Tarix: 15-12-2021, 18:49 Oxunub: 805


Bölməyə aid digər xəbərlər


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031