11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Fahişəlik edərək pul qazanmasını tələb etdiyi üçün ərini öldürən qadından YENİ XƏBƏR

Fahişəlik edərək pul qazanmasını tələb edən ərini öldürən 40 yaşlı Vəfa Orucovanın cəzası azaldılıb.
2019-cu ildə Vəfa Orucova həyat yoldaşı Rövşən Musayevi bıçaqlayaraq qətlə yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Orucova 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən şikayətə yekunda Ali Məhkəmədə baxılıb.
Hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən iclasda V.Orucovanın cəzası 12 ildən 11 ilə endirilib.
Məhkəmə iclasında müəyyən olunub ki, V.Orucova güclü ruhi həyəcan vəziyyətində olarkən ərini öldürüb. Himayəsində 3 azyaşlı uşağı var.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 24-də Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Vəfa Orucova ifadəsində törətdiyi cinayəti etiraf edib. O, bildirib ki, içki düşkünü olan əri onu fahişəlik edərək pul qazanmağa məcbur edib: “Heç nədən dava salıb mübahisə edirdi. Həmin gün də məni döyməyə başladı. Sonra məni bıçaqla vurmaq istəyəndə bıçaq əlindən düşdü. Mən də bıçağı yerdən götürüb vurdum”.

Konkret.az


Tarix: 21-10-2021, 14:04 Oxunub: 473


Bölməyə aid digər xəbərlər