2 il sonra üstü açılan qətlin TƏFƏRRÜATI: Kor qadını amansızlıqla öldürüblər

Xaçmazda 2 il əvvəl itkin düşən qadının meyiti tapılıb.

Məlumata görə, görmə qabiliyyəti məhdud olan 59 yaşlı Gülxar Cahangirova 2023-cü ilin iyulun 18-də itkin düşüb.

Ötən dövr ərzində onun axtarışları aparılıb. Mayın 1-də qadının meyiti rayonun Əzizli kəndi ərazisindəki meşə massivində tapılıb.

"Pula, qızıla görə öldürüb onu. Portfelində min manat olub. Aparıb meşəyə, soyub, sonra maşından itələyərək yerə atıb. Zülmlə öldürüb. Kor qadın idi, niyə öldürürsən axı?!", - mərhumun bacısı deyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Qətli törətməkdə şübhəli bilinən Xaçmazın Xaspoladoba kənd sakini, taksi sürücüsü Xəqani Rəhmətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ətraflı Baku TV-nin süjetində:


Tarix: 3-06-2025, 08:45 Oxunub: 625


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930