13:35 / 16-12-2024
Direktor ev dustağı oldu
Küçədə arvadını döydü, qonşusunu bıçaqladı

     Şəki Apellyasiya Məhkəməsində xuliqanlıqda və qanunsuz narkotik saxlamada təqsirləndirilən R.Heydərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

     Hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

    İttihama görə, hadisə 16 mart 2023-cü il tarixdə, saat 19:30 radələrində Zaqatala şəhəri ərazisində qeydə alınıb.

     Belə ki, R.Heydərov sərxoş vəziyyətdə yaşadığı evdə arvadı, zərərçəkmiş N.Hacıxanova ilə mübahisə edib. Qadının ərinin aqressiv hərəkətlərindən qorxaraq evdən həmin küçəyə çıxıb. Sonra o, arvadının ünvanına söyərək arxasınca qaçıb. R.Heydərov da qonşusu, zərərçəkmiş Y.Müslümovun evinin qarşısında qadına nalayiq söyüşlər işlədib, əli ilə vurub yerə yıxıb. Bu zaman N.Hacıxanova möhkəm qışqırıb, Y.Müslümov səsə çölə çıxıb. Qonşusu təqsirləndirilən şəxsin bu hərəkətlərini qarşısını almaq istəyib. Həmin vaxt R.Heydərov bıçaqla Y.Müslümovun döş qəfəsinin sol tərəfinə qəsdən bir zərbə vuraraq xəsarət yetirib.

Daha sonra R.Heydərov saxlanılarkən onun üzərində satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddələr aşkarlanıb.

Zaqatala Rayon Məhkəməsinin hökmü ilə 4  il müddətə azadlıqdan məhrum edilib.


Tarix: 13-12-2024, 09:52 Oxunub: 67


Bölməyə aid digər xəbərlər