Ağdamda ailə münaqişəsi zəminində ər arvadını bıçaqlayıb

     Ağdamda ər arvadına bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
     Hadisə rayonun Bənövşələr qəsəbəsində, ailə münaqişəsi zəminində baş verib.
     Belə ki, münaqişə nəticəsində ər 1975-ci il təvəllüdlü Həsənov Rüstəm Yaqub oğlu, həyat yoldaşı, 1988-ci il təvəllüdlü Həsənova Mənzər Əncuma qızına bıçaq xəsarəti yetirib.
     H.Rüstəm hadisə yerindən qaçıb. Ağdam rayon polis şöbəsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin axtarışlarını davam etdirir.
     Yaralı M.Həsənova rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Xəstəxanadan əldə olunan məlumata görə, yaralı sol əlin beşinci barmağının 1.5 sm dərinliyində kəsilmiş-deşilmiş yarası ilə xəstəxananın təcili yardım şöbəsinə gətirilib.
      Onun həyatı təhlükəsinin olmadığı bildirilir.

APA


Tarix: 18-11-2024, 09:20 Oxunub: 276


Bölməyə aid digər xəbərlər


«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930