Bakıda arvadını bıçaqlayan şəxs apellyasiya şikayəti verdi

Bakıda həyat yoldaşını bıçaqlamaqda təqsirləndirilən Elşən Bağırovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
 
Əldə olunan məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses sentyabrın 30-na təyin edilib.
 
Şikayət hakim Fərid Əyyubovun sədrliyi ilə araşdırılacaq. 
 
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd: Hadisə ötən ilin sentyabrında paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.
 
Belə ki, 1994-cü il təvəllüdlü Əfsanə Bağırova bel nahiyəsindən bıçaqlanıb.
 
Hadisəni törətməkdə şübhəli bilinən onun həyat yoldaşı, 1992-ci il təvəllüdlü Elşən Bağırov şübhəli şəxs qismində saxlanılıb.
 
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
 
Kamal Məmmədov


Tarix: 30-09-2024, 07:49 Oxunub: 293


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı


«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031