11:19 / 21-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
11:52 / 20-11-2024
Sabah hava necə olacaq?
18:56 / 19-11-2024
Prezident Fərman imzaladı
Atalığı 2 yaşlı uşağı döyüb yandırdı

Göygöldə 2 yaşlı uşaq müxtəlifdərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Azyaşlının atalığı tərəfindən döyülərək yandırıldığı iddia olunur.

Hadisə ilə bağlı DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Göygöl RPŞ-nin narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri çərçivəsində Göygöl şəhərində yaşayan Şirin Qasımovun evinə baxış keçiriblər.

“Bu zaman onun kultivasiya etdiyi narkotik vasitə aşkar edilərək götürülüb. Bundan başqa, onun qeyri-rəsmi nikahda yaşadığı qadının azyaşlı qızına qarşı zorakılıq əməlləri törətməsi də müəyyən edilib. Polis dərhal müvafiq tədbirlər həyata keçirib. Azyaşlı polis tərəfindən xəstəxanaya yerləşdirilib, müvafiq ekspertiza təyin edilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs, azyaşlının atalığı saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb”, - açıqlamada vurğulanıb.


Tarix: 27-09-2024, 12:54 Oxunub: 405


Bölməyə aid digər xəbərlər
15-09-2020, 11:19 Baş nazir Qərar imzaladı